AZ

Avstraliya Bakı və İrəvanı sülh sazişini tezləşdirməyə ÇAĞIRDI

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avstraliya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında 8 avqust 2025-ci ildə Vaşinqtonda paraflanmış sülh sazişini alqışlayır.

Redaktor.az xəbər verir ki, bəyanatda bunun Cənubi Qafqazdakı uzunmüddətli münaqişənin həlli yolunda mühüm və ümidverici addım olduğu vurğulanır.

Avstraliya ABŞ Prezidenti Donald Trampın bu müsbət irəliləyişin əldə olunmasındakı rolunu yüksək qiymətləndirib.

"Biz hər iki tərəfi mümkün qədər tez bir zamanda hərtərəfli sülh sazişinin imzalanmasına başlamağa çağırırıq", - bəyanatda deyilir.

Qeyd olunur ki, Avstraliya həm Azərbaycanın, həm də Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiqləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
4
redaktor.az

5Mənbələr