AZ

Donald Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanı özünə yaxşı dost adlandırıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevivə Ermənistanın baş naziri Nikol Paşinyanı özünün yaxşı dostlarıadlandırıb.

Trend xəbərverir ki, bu barədə Tramp "Truth" sosial şəbəkə hesabındayazıb.

"Onilliklər boyu davam edən müharibədən və insan qurbanlarındansonra Sülh Sənədinin imzalanması mərasimində Azərbaycan Prezidentiİlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın yanındaolmaq mənim üçün böyük şərəfdir. Bunlar iki gözəl insan və böyükliderdir. İndi onlar mənim yaxşı dostlarımdır!", - o deyib.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının PrezidentiDonald Tramp və Ermənistan Respublikasının Baş naziri NikolPaşinyan Azərbaycan Respublikasının Prezidenti və ErmənistanRespublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair BirgəBəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti DonaldTramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanlagörüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziriArarat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikasıarasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinədair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və AzərbaycanRespublikası və Ermənistan Respublikası xarici işlər nazirlərininATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesininbağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişəüzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və YüksəkSəviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. OnlarAzərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlərnazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minskkonfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi vəYüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)imzalayıblar.

Seçilən
18
45
az.trend.az

10Mənbələr