Yazını böyüt
Yazını kiçilt
Avqustun 15-də Donald Trampla Vladimir Putinin görüşünün baş tutacağı ABŞ-nin Alyaska ştatının Ankoric şəhərinin hava məkanını bağlayacaqlar.
Hafta.az xəbər verir ki, bu barədə ABŞ Federal Mülki Aviasiya Administrasiyası (FAA) məlumat yayıb. Bildirilir ki, rəsmi şəxslərin hərəkəti səbəbindən səma 48.3 km radiusda və 5.5 km yüksəklikdə bağlanacaq.
Məhdudiyyətlər avqustun 16-da aradan qaldırılacaq.
Qeyd edək ki, Donald Tramp avqustun 8-də bildirib ki, cümə günü Alyaskada Vladimir Putinlə görüşməyi planlaşdırır.