AZ

Əksər yerlərdə yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA

Avqustun 12-si saat 9:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə News24.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə leysan xarakterli olub, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Astarada 14, Balakəndə 10, Lənkəranda 8, Qubada 6, Zaqatala, Qəbələ, Qaxda 5, Göyçay, Lerik, Goranboy, Ordubadda 2, Şəki (Kişçay), Şamaxı, Qobustan, Altıağac, Xaltan, Şabran, Şahdağ, Mingəçevir, Yevlax, Beyləqan, İmişli, Sabirabad, Neftçala, Yardımlı, Daşkəsən, Gəncə, Tovuz, Cəbrayıl, eləcə də Bakıda və Abşeron yarımadasında 1 mm təşkil edib.

Avqustun 11-də bəzi yerlərdə şərq küləyi əsib. Küləyin maksimal sürəti Culfada 21, Tərtərdə 18 m/s-dək güclənib.


Seçilən
96
50
news24.az

10Mənbələr