AZ

Ermənistanda məhkəmə ilə prokurorluq arasında Paşinyana müxalif milyarderə görə çəkişmə...- Demokratiya təzahürü?.. 

Ermənistan Respublikasının Baş Prokurorluğu məhkəmə aktını aldıqdan sonra ondan kassasiya şikayəti verəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə “Haykakan Jamanak ”a Baş Prokurorluqdan Samvel Karapetyanın həbsi ilə bağlı Apellyasiya Məhkəməsinin qiymətləndirməsini şərh edərkən bildiriblər.
 
Eyni zamanda, Baş Prokurorluq şərh edib ki, Cinayət Apellyasiya Məhkəməsinin Samvel Karapetyanın həbsini qanunsuz hesab etməsinin Samvel Karapetyana qarşı həbs-qətimkan tədbirinin tətbiqi ilə bağlı məhkəmə aktının qanuniliyi və əsaslandırılması ilə heç bir əlaqəsi yoxdur.
 
“Xüsusən, Samvel Karapetyan prosesi aparan orqanın qərarı ilə yuxarıda qeyd olunan həbsdən azad edilib, daha sonra isə barəsində həbs qətimkan tədbirinin tətbiqi barədə məhkəmənin qərarı, habelə onun şikayəti əsasında çıxarılmış məhkəmə qərarı ilə müəyyən edilmiş başqa əsasla həbs edilib”, - deyə strukturdan bildirilib.
 
Daha əvvəl mətbuatda yayılan məlumata görə, Ermənistan Cinayət Apellyasiya Məhkəməsi Samvel Karapetyanın həbsini qanunsuz hesab edib.
 
Xatırladılır ki, Karapetyan hakimiyyətin ələ keçirilməsinə açıq çağırışda ittiham olunaraq həbs edilib.
 
Onu da xatırladaq ki, avqustun 11-də təcili səfərlə Ermənistana gəlmiş ABŞ prezidenti Donald Trampın yaxın çevrəsindən olan dünya şöhrətli hüquqşünas və beynəlxalq hüquq müdafiəçisi Robert Amsterdamın erməni kilsəsi, onun həbsdə olan keşişləri ilə yanaşı Putinin milyarder “desant”ı, Paşinyan hakimiyyətini devirməyə çağırmış Samvel Karapetyanın da hüquqlarını müdafiə etməkdir.
 
Bütün bunlar demokratiya təzahürü kimi qiymətləndirilməlidir, yoxsa?..
 
S.Laçın 
 
Seçilən
63
moderator.az

1Mənbələr