AZ

Ukrayna kəşfiyyatı Helium zavodunu vurub - Foto

Ukrayna

Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) pilotsuz təyyarələri Orenburq şəhərindəki Helium zavoduna zərbələr endirib.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna mediasına kəşfiyyat mənbələrindən bildiriblər.

Məlumata görə, müəssisə Rusiyada kosmik və aviasiya sənayesində raket istehsalı üçün kritik komponent istehsal edən yeganə zavoddur.

"Orenburq Helium zavodu illik 15 milyard kubmetr təbii qaz emal gücünə malik Rusiya Federasiyasında yeganə helium istehsalı müəssisəsidir və Avropanın ən böyük zavodlarından biridir. Helium raket istehsalı, kosmik sənaye və aviasiya sənayesində geniş istifadə olunur. Hərbi kəşfiyyatın vurduğu zavod Ukraynanın əsas obyektlərinə qarşı hücumlarda iştirak edir”,- mənbə qeyd edib.



ELÇİN
Seçilən
82
reyting.az

1Mənbələr