AZ

"Mançester Siti" Savinyo üçün "Tottenhem"dən 50 milyon avrodan çox pul istəyir

"Mançester Siti"nin vingeri Savinyo karyerasını "Tottenhem"də davam etdirə bilər.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, londonlular 21 yaşlı braziliyalı üçün 50 milyon avro təklif etsə də, "Siti" bundan artığını istəyir. Futbolçu ilə 2030-cu ilə qədər müqavilənin daha bir mövsüm uzadılması variantı ilə bağlanacağı güman edilir.

Savinyo 2024-cü ilin yayından "Mançester Siti"də çıxış edir. O, İngiltərə klubunda 48 oyuna çıxıb, 3 qol vurub və 13 məhsuldar ötürmə edib.

"Transfermarkt" futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.

Seçilən
49
1
operativmedia.az

10Mənbələr