Kəlbəcərdə yol-nəqliyyat hadisəsi nəticəsində ölən sürücünün kimliyi məlum olub.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Kəlbəcərdə yük maşınının dərəyə aşması nəticəsində aldığı xəsarətdən ölən sürücü, 1967-ci il təvəllüdlü Söhrab Süleymanovdur.
Faktla bağlı araşdırma aparılır.
***
Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, hadisə rayonun Qılınclı kəndində qeydə alınıb.
Yük avtomobilinin dərəyə aşması nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində ölüb. Onun kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.