EN

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var- YENİLƏNİB

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi nəticəsində ölən sürücünün kimliyi məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Kəlbəcərdə yük maşınının dərəyə aşması nəticəsində aldığı xəsarətdən ölən sürücü, 1967-ci il təvəllüdlü Söhrab Süleymanovdur.

Faktla bağlı araşdırma aparılır.

***

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 "Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, hadisə rayonun Qılınclı kəndində qeydə alınıb.

Yük avtomobilinin dərəyə aşması nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində ölüb. Onun kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
35
34
operativmm.az

10Sources