AZ

"Bavariya"nın hücumçusu "Ən-Nəsr"ə SATILDI

Yazını böyüt
Yazını kiçilt

Almaniyanın "Bavariya" futbol klubu fransalı vinger Kinqsli Komanı Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubuna satmağa razılaşıb.

Hafta.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində yazıb. Bildirilir ki, futbolçu özü artıq transferə razılıq verib.

Məlumata görə, transfer məbləği 30 milyon avro civarında olacaq. Fransız futbolçu bu həftə tibbi müayinədən keçəcək və 3 illik müqavilə imzalayacaq.

Xatırladaq ki, Koman 2017-ci ilin yayından Almaniya klubunda çıxış edir.

Seçilən
3
1
hafta.az

2Mənbələr