AZ

ABŞ və Cənubi Koreya liderləri avqustun 25-də Vaşinqtonda görüşəcəklər

Cənubi Koreya prezidenti Li Çje Myonqla ABŞ prezidenti Donald Tramp arasında keçiriləcək ilk sammitin gündəliyinə iki ölkə arasında müttəfiqliyin möhkəmləndirilməsi və iqtisadi təhlükəsizlik sahəsində tərəfdaşlıq məsələləri daxildir. “Reuters” Linin administrasiyasına istinadən xəbər verir ki, Vaşinqtonda keçiriləcək görüş avqustun 25-nə planlaşdırılıb.

Prezidentin sözçüsü Kan Yu-Çjun brifinqdə bildirib ki, görüşdə “gələcək yönümlü hərtərəfli təhlükəsizlik ittifaqı”na qədər təhlükəsizlik sahəsində əməkdaşlıq və iqtisadi təhlükəsizlik sahəsində tərəfdaşlıq müzakirə olunacaq.

Bundan əvvəl, iyulun 30-da Donald Tramp elan etmişdi ki, ölkələr Cənubi Koreya mallarına 15% idxal rüsumunun tətbiq ediləcəyi ticarət razılaşması əldə edib. O, həmçinin Cənubi Koreyanın Amerika iqtisadiyyatına 350 milyard dollar investisiya yatırmaq və 100 milyard dollara mayeləşdirilmiş təbii qaz da daxil olmaqla enerji resurslarını almaq öhdəliyini açıqlayıb. Öz növbəsində, Li Çje Myonq iyulun 31-də Koreya tərəfinin ABŞ-nin gəmiqayırma sahəsinə 150 dollar sərmayə qoymaq niyyətini açıqlayıb.

Seçilən
10
2
banker.az

3Mənbələr