AZ

Plastik cərrahlarla bağlı 12 şikayət DAXİL OLUB — RƏSMİ

Azərbaycanda ilin əvvəlindən başlayaraq plastik cərrahiyyə mövzusu gündəmdədir. Hüquq-mühafizə orqanları plastik cərrahlara saxta sertifikat verən bir sıra məmurlara qarşı əməliyyat aparıb. 

Dövlət qurumları plastik cərrahları yenidən qeydiyyata alıb və 42 nəfərə bu sahədə işləmək üçün icazə verilib. Ancaq yenə sosial mediada və mətbuatda plastik cərrahlarla bağlı şikayətlər bitmək bilmir.

Demokrat.az xəbər verir ki, Modern.az plastik cərrahlarla bağlı şikayətlərin sayını öyrənmək üçün Səhiyyə Nazirliyinə müraciət edib.

Qurumun Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, 2025-ci ilin son altı ayında Mərkəzə plastik cərrahiyyə ilə bağlı 12 rəsmi müraciət daxil olub.

Qeyd olunur ki, şikayətlər əsasən blefaroplastika əməliyyatı, həkimin sertifikatının olub-olmaması barədə, rinoplastika, tibbi təhsil olmadan həkim kimi işlə bağlı, otoplastika, lor həkimi olmasına baxmayaraq, saxta sənədlərlə plastic cərrah kimi çalışması və s. olub. 

"Bütün bu müraciətlər araşdırılıb və operativ şəkildə plandankənar yoxlamalar açılıb və qanunvericiliyə uyğun müvafiq addımlar atılıb", - Mərkəzdən verilən məlumatda deyilir.

Seçilən
82
10
demokrat.az

10Mənbələr