BAKI, 12 avqust. TELEQRAF
“ABŞ-də Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə əldə edilmiş razılaşma tarixi hadisədir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan deyib.
Fraksiya rəhbəri bildirib ki, avqustun 8-də ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında əldə edilmiş sazişlər region üçün böyük imkanlar açır.
Koncoryan əlavə edib ki, sülh sazişinin paraflanmış mətninin çəkisi onun ABŞ Prezidentinin (Donald Tramp) iştirakı ilə imzalanması və onun iştirakı ilə dünyanın fövqəldövlətinin paytaxtında, prezident iqamətgahında, prezidentin iştirakı ilə bağlanması ilə daha da artır.
“İkinci mühüm sənəd bəyannamə, Vaşinqton Bəyannaməsidir ki, onun altında Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və ABŞ Prezidentinin imzaları var. Həmin bəyannamədə yazılıb ki, regionda kommunikasiyalar suverenlik, ərazi bütövlüyü, qarşılıqlılıq və yurisdiksiya prinsipləri əsasında açılır”.