AZ

Bermud üçbucağının sirri açıldı

Avstraliyalı alim Karl Kruşelnitski Bermud üçbucağının sirrini açdığını iddia edir.

Publika.az xəbər verir ki, bu barədə "Popular Mechanics" məlumat yayıb.

K.Kruşelnitskinin sözlərinə görə, bu ərazidə gəmi və təyyarələrin yoxa çıxmasında anomaliya yoxdur. O hesablayıb ki, Bermud üçbucağında itkin düşən gəmi və təyyarələrin sayı dünya okeanının digər hissələri üçün orta göstəricini keçmir.

Bermud üçbucağında müntəzəm baş verən təyyarə və gəmi qəzalarının çoxluğunu alim bu ərazidə hərəkətin sıxlığı ilə izah edir ki, bu da gediş-gəlişi çətinləşdirir.

Bermud üçbucağı Atlantik okeanının Florida, Bermud adaları və Puerto Riko arasında olan hissəsidir. Rəvayətə görə, orada təyyarələr və gəmilər xüsusilə tez-tez yox olur. Ən məşhur nümunə 1945-ci ildə beş Amerika qırıcılarının yoxa çıxmasıdır.

Seçilən
22
2
publika.az

3Mənbələr