Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bir çox noutbuk sahibləri cihazlarını tam olaraq 100%-ə qədər doldurur, lakin mütəxəssislər bu vərdişin batareyanın sağlamlığına zərər verdiyini bildirirlər. Ekspertlərin izahına görə, batareyalar üçün tam dolma rejimi əlverişli deyil. 100%-lik şarj batareya elementlərinə artıq yük salır, daxildəki kimyəvi prosesləri sürətləndirir və nəticədə akkumulyatorun daha tez köhnəlməsinə səbəb olur.
Ölkə.az Lent.az-a istinadən xəbər verir ki, mütəxəssislər batareya səviyyəsini 20%-80% aralığında saxlamağı məsləhət görür.
İstifadə zamanı cihazı daim şəbəkəyə qoşulu saxlamaq da tövsiyə edilmir. Şarjın 0%-ə qədər enməsinə imkan vermək olmaz. Ən yaxşısı noutbuku 80-90%-ə qədər doldurub, sonra şəbəkədən ayırmaq və səviyyənin 20-30%-ə enməsinə icazə verməkdir.Bəzi noutbuklarda şarj optimizasiyası funksiyası mövcuddur. Bu funksiya səviyyə 80%-ə çatdıqda avtomatik olaraq doldurmanı dayandırır. Mütəxəssislərin fikrincə, bu üsul batareyanın xidmət müddətini əhəmiyyətli dərəcədə uzada bilər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.