ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin tanınmış dietoloqu Melis Torluoğlu bədəndə şişkinliyi azaltmaq üçün məsləhət verib.
Milli.Az xəbər verir ki, sağlam qidalanma mütəxəssisi ən önəmli məqam kimi suyun düzgün qəbulunu qeyd edib.
60 kq çəkisi olan bir insan gündə ən az 1,8 litr, təxminən 2 litr su içməlidir. İçilən suyun qələvi (pH> 7.0) olması vacibdir. Suyun qələviliyini artırmaq üçün qələvi çubuq və ya limon əlavə etmək məsləhətdir.
Gündəlik menyuda tünd yaşıl yarpaqlı tərəvəzlərə - ispanaq, tərə, cəfəri, çuğundur yarpağı, brokoli, brüssel kələmi, pərpərən və qulançar kimi məhsullara, həmçinin mövsümündən asılı olaraq xiyara üstünlük verilməlidir.
Melis Torluoğlu kivi, ananas, zoğal və nar kimi qırmızı rəngli meyvələrin müntəzəm istehlakını tövsiyə edir.
Duz əvəzinə ədviyyatlardan istifadə etmək, təzyiq və kofeinə qarşı həssaslıq yoxdursa, hər gün 2-3 fincan yaşıl və ya ağ çay içmək faydalıdır.
Ödəm atıcı kokteyllər də şişkinliyin azaldılmasında köməkçi hesab olunur.
Nar suyu ödəm əleyhinə təsir göstərir, amma şəkər xəstələri içməzdən əvvəl həkim məsləhəti almalıdır.
Ananas təbii detoks təsiri göstərir, dilimləyərək və ya suyunu içərək şişkinliyin qarşısını almaq mümkündür.
Yaşıl çayın həddindən artıq qəbulu ürək döyüntülərini sürətləndirə bilər, buna görə miqdarına diqqət etmək lazımdır.
Qəhvə həzmə kömək edən faydalı içkilərdəndir.
Çobanyastığı çayı həzm prosesini sürətləndirir və stresslə mübarizədə təsirlidir, eyni zamanda yuxu problemlərinə kömək edir.
Razyana çayı şişkinliyi aradan qaldırır və həzmi asanlaşdırır.
Zəncəfil çayı mədədəki ağırlıq hissini azaldır, bir çox xəstəliklərə qarşı faydalıdır və xüsusilə qadınlarda menstruasiya ağrılarını tez bir zamanda yüngülləşdirir.
Qatıq xüsusilə şam yeməyindən sonra qəbul edildikdə, tərkibindəki aktiv bakteriyalar sayəsində həzm sistemini yüngülləşdirir və mədə əzələlərinin hərəkətini artırır.
Ədviyyatlardan məqbul miqdarda istifadə həm həzmi asanlaşdırır, həm də mədə turşuluğunu azaldır.
Bu məsləhətlər şişkinlik və ödəm problemini azaltmaq istəyənlər üçün faydalı ola bilər.
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.