BAKI, 12 avqust. TELEQRAF
Avqustun 14-də Alyaskanın Ankoric şəhərində ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putinin görüşünə qarşı kütləvi etiraz aksiyaları keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə “Stand Up Alyaska” siyasi təşkilatı bəyanat yayıb.
Təşkilatçıların sözlərinə görə, tədbir “Alyaska Ukrayna ilə” şüarı altında keçiriləcək. Aksiyaçılar yerli sakinləri Ukraynanın suverenliyini dəstəkləmək üçün küçələrə çıxmağa çağırır.
Qeyd edək ki, Trampla Putinin avqustun 15-də Alyaskada görüşəcək.