AZ

Fransada ən böyük AES in fəaliyyəti meduzalara görə dayandı

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Fransanın şimalında yerləşən ölkənin ən böyük atom elektrik stansiyası olan Qravlin AES-in dörd enerji blokunun işi dayandırılıb. Buna nasos stansiyalarının filtrlərinə meduzaların daxil olması səbəb olub.

Oxu.Az xəbər verir ki, bu barədə EDF əməliyyat şirkətinin saytında dərc olunmuş press-relizdə deyilir.

AES-in fəaliyyətinin bərpası ilə bağlı hələlik məlumat olmadığı bildirilir.

Qeyd olunur ki, hadisə AES-in və onun personalının təhlükəsizliyinə təsir göstərməyib. Texniki xidmətlər diaqnostika və enerji bloklarının fəaliyyətini bərpa etmək üçün işləri davam etdirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
83
1
oxu.az

2Mənbələr