AZ

Solovyov, Qurulyov və başqaları - Bakıya qarşı mənasız təhdidlər

Gözlənildiyi kimi, Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqtonda keçirilən üçtərəfli görüşündən sonra Kremlin təbliğatçıları təhqir və təhdidlərə keçiblər.

Solovyov hətta Xəzər dənizində NATO bazasının yaranma ehtimalı və ikinci xüsusi hərbi əməliyyatın zəruriliyi ilə bağlı sərsəmləyib. Onun ardınca rusiyalı deputatlar da danışmağa başlayıblar.

"Bu yaxınlarda öz yersiz bəyanatlarına görə parlamentin Müdafiə Komitəsindən Regional Siyasət və Yerli İdarəetmə Komitəsinə keçirilən rusiyalı deputat Qurulyov da Bakını müharibə ilə hədələyib. Elə isə, Rusiya siyasi təbliğatının hansı adekvatlığından danışmaq olar?", - süjetdə vurğulanır.

Daha ətraflı "BakuTV"nin videomaterialında:

Seçilən
106
50
far.az

10Mənbələr