AZ

Dəhlizin idarəçiliyi ABŞ şirkətinə verilmək üzrədir, təhlükəsizliyinə də ABŞ və Türkiyə nəzarət edə bilər

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Prezident ABŞ-a səfəri öncəsi İran-Azərbaycan münasibətlərinə aydınlıq gətirərək belə bir ifadə işlətmişdir ki, "İran-Azərbaycan münasibətləri yüksək səviyyədədir".

Bizimyol.info xəbər portalına danışan politoloq Yusif Bağırzadə açıqlamasında bildirib ki, Vilayəti dəhlizin açılması ilə əlaqədar kifayət qədər neqativ bir bəyanat vermişdi.

“Bu dəhliz məsələsi Ermənistanın ərazisi olduğuna görə, bu, İran və Ermənistan münasibətləri ilə əlaqədardır. Belə ki, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında olan müqaviləyə əsasən, həmin dəhlizin nəzarəti Rusiya sərhəd qoşunları tərəfindən idarə olunmalıdır. Ancaq Azərbaycanla Ermənistan arasında sülh prosesində 17 bənddən ibarət təklifdə o dəhliz məsələsi öz aktuallığını itirmiş və Azərbaycan həmin dəhliz məsələsini Ermənistanın ərazisi olduğuna görə Ermənistana həvalə etmiş, Ermənistanın ixtiyarına buraxmışdır. Yəni bu dəhliz məsələsi Ermənistanla İran münasibətlərinə və yaxud Ermənistan Rusiya münasibətlərinə aiddir”-deyən Yusif Bağırzadə qeyd edib ki, bu məsələnin Azərbaycan-İran və yaxud Azərbaycan-Rusiya münasibətlərinə aidiyyəti yoxdur.

“Dəhlizin idarəçiliyi artıq Amerika şirkətinə verilmək üzrədir. Təhlükəsizliyinə yəqin ki, ABŞ və ya Türkiyə Silahlı Qüvvələri tərəfindən nəzarət ediləcək”-deyən politoloq bildirib ki, İran İslam Respublikasının prezidenti dəhliz məsələsinə və ABŞ-da keçirilən Azərbaycan-ABŞ-Ermənistan görüşünə münasibət bildirərək demişdi ki, “bizim hər şeydən məlumatımız var və bu məsələlərdə İranın maraqları nəzərə alınıb”.

İranın xarici işlər naziri Əraqçı belə bir bəyanat vermişdi ki, “bu dəhliz məsələsində İranla bölgə dövlətləri arasında heç bir problem yoxdur. Burada söhbət Azərbaycan və Ermənistandan gedirdi”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
65
13
icma.az

10Mənbələr