Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda 4,1 maqnitudada zəlzələ olub.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin dərinliyi 11,9 kilometr olub.
AFAD-ın yaydığı məlumata görə, bunun ardınca 4,5 maqnitudada ikinci zəlzələ baş verib.
Dağıntılar və ya təlafat barədə məlumat yoxdur.