AZ

Hindistan Rusiya və ABŞ dən qırıcı təyyarə alacaq

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Hindistan hökuməti hərbi-hava qüvvələrini gücləndirmək məqsədilə Rusiya və ABŞ-dən qırıcı təyyarələr almağı planlaşdırır.

525.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumatda bu barədə adı çəkilən ölkələrlə hələ danışıqlar aparılmadığı, amma yaxın gələcəkdə bunun reallaşacağı iddia olunur. Hindistan konkret olaraq Rusiyadan Su-57, ABŞ-dən isə F-35 qırıcıları almaq istəyir. Onların sayı barədə də dəqiq məlumat yoxdur.

Qeyd edək ki, hərbi təyyarələrin alınması 2035-ci ilə - Hindistanın özünün istehsal edəcəyi 5-ci nəsil AMCA hərbi təyyarələrini istehsal edənə kimi nəzərdə tutulub.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
2
525.az

4Mənbələr