AZ

Tramp: Alyaskada Putinlə konstruktiv görüş olacağını gözləyirəm

Azxeber.com portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə avqustun 15-də Alyaskada baş tutacaq görüşün konstruktiv olacağını gözlədiyini açıqlayıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.

Tramp Putinlə Alyaskada keçiriləcək görüşün daha çox ilkin xarakter daşıyacağını və Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşdə iştirakının planlaşdırılmadığını söyləyib. ABŞ lideri əlavə edib ki, Putinlə görüşündən sonra onunla Zelenski arasında görüş və ya üçtərəfli sammit baş tutacağını gözləyir. O, həmçinin ABŞ-nin ərazi mübadiləsi təşkil etməyə çalışacağını bildirib.

"Vladimir Putinlə danışacağam və ona deyəcəyəm: sən bu müharibəni dayandırmalısan”, - deyən Tramp münaqişənin həlli üçün həm Moskva, həm də Kiyev üçün sərfəli olacaq razılaşmanı hazırlamağa çalışdığını vurğulayıb.

Eyni zamanda, o, Rusiya lideri ilə görüşdən sonra Ukrayna üzrə danışıqlar prosesindən geri çəkilməyinin mümkünlüyünü də istisna etməyib: "Mən danışıqlardan çəkilə və onlara "uğurlar” deyə bilərəm. Və bu, son olacaq”.

"Putinin bütün Ukraynanı istədiyini düşünənlər var. Yeri gəlmişkən, mən də onlardan biriyəm. Düşünürəm ki, mən olmasaydım, o, indi heç kimlə danışmazdı. Amma mən onunla görüşməyə hazırlaşıram. Razılaşmanın parametrlərini müzakirə edəcəyik. Bundan sonra mən Prezident Zelenskiyə və Avropa liderlərinə zəng edəcəyəm”, - ABŞ Prezidenti deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
50
azxeber.com

10Mənbələr