AZ

ABŞ-da zavodda partlayış baş verib

Vaşinqton, 11 avqust , AZƏRTAC

ABŞ-ın Pensilvaniya ştatında polad zavodunda partlayış baş verib.

AZƏRTAC-ın məlumatına görə, partlayışdan sonra dağıntılar altında qalan insanlar üçün xilasetmə əməliyyatı aparılır.

Pitsburq şəhərindən təqribən 25 km kənarda yerləşən zavodda neçə nəfərin dağıntılar altında qaldığı hələlik məlum deyil.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
30
23
azertag.az

10Mənbələr