AZ

III ixtisas qrupu üzrə təhsil haqları artdı YENİ QİYMƏTLƏR

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

2025–2026-cı tədris ilində III ixtisas qrupu üzrə bir sıra universitetlərdə illik təhsil haqları 100–400 manat aralığında artıb.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Dövlət Universitetində bəzi ixtisaslarda ödəniş 2400 və 3200 manata, Azərbaycan Dövlət Pedaqoji Universitetində 2400 manata, Azərbaycan Dillər Universitetində 2500 manata, Bakı Slavyan Universitetində isə 2000 manata yüksəlib.

ADA Universitetində (6000 manat) və Azərbaycan Dövlət İdarəçilik Akademiyasında (2500 manat) qiymətlər dəyişməyib.

Digər dövlət və özəl universitetlərdə də artım qeydə alınıb.

Bu qrup üzrə təhsil haqları artırılan ixtisaslar Politologiya, Kitabxanaçılıq və informasiya fəaliyyəti, Filologiya (ərəb, fars, türk dilləri), Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, həmçinin Beynəlxalq münasibətlərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
50
www.bakupost.az

10Mənbələr