Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamə Bakı və İrəvan arasında münasibətlərin normallaşmasında mühüm mərhələ kimi qiymətləndirilir.
Azreform.info “Report”a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.
“Həftəsonu biz Baş katibin cümə günü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan, həmçinin ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmış hərtərəfli birgə bəyanatı alqışladığını bildirən açıqlama yaydıq. Baş katib onların dialoqu davam etdirmək və etimad yaratmaq öhdəliklərini, həmçinin bu irəliləyişin əldə olunmasında Trampın səylərini yüksək qiymətləndirdi. O, Cənubi Qafqazda davamlı sülhün irəliləməsi üçün göstərilən bütün səylərə BMT-nin güclü dəstəyini bir daha təsdiqlədi”, – sözçü əlavə edib.