Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Viral.az “Report”a istinadla xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı “Mercedes” markalı minik avtomobili ilə “VAZ-2115” markalı nəqliyyat vasitəsi toqquşub.
Son Yazılar:
- Biləsuvarda dəhşətli qəza – Ölənlər və yaralananlar var
- Tramp Putinlə görüşdən əvvəl Zelenski ilə danışacaq
- Tramp paytaxta ordu göndərdi
İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.