AZ

"Zəngəzur dəhlizi ilə bağlı ayrıca ABŞ-Ermənistan memorandumu imzalanıb"...


ABŞ və Ermənistan arasında gizli razılaşma olduğünu hər iki tərəf rəsmən təkzib etdi

Məlumata görə, guya Vaşinqton və İrəvan Ermənistanın cənubunda birbaşa bu infrastrukturun qurulmasında və idarə olunmasında ABŞ-ın iştirakını nəzərdə tutan ayrıca memorandum imzalayıblar. "Bu o deməkdir ki, ABŞ bu infrastruktur layihəsini həyata keçirmək və investisiyalar qoymaq üçün Ermənistanla əməkdaşlıq edəcək", - hakim "Mülki Müqavilə" partiyasından olan parlamentin xarici əlaqələr daimi komissiyasının sədri Sarqis Xandanyan Ermənistanın ictimai televiziyasında izahat verib.

Yəni erməni deputat deyir ki, Vaşinqtonda Ermənistanla ABŞ arasında Zəngəzur dəhlizi barədə ayrıca memorandum imzalanıb. Bu mübahisəli xəbər doğrudurmu?

Bu iddialarla bağlı əsl durum ondan ibarətdir ki, bu barədə bəzi İspaniya mətbuatında, xüsusən "Periodista Digital” portalında informasiya yayılıb. Yayılan məlumatlara görə, Ermənistanla ABŞ arasında Zəngəzur dəhlizinə dair gizli memorandum imzalanıb. Guya buna görə dəhliz “Tramp körpüsü” adlanır və sənəddə Amerika şirkəti tərəfindən idarə olunacaq istifadə gəlirlərinin bölgüsü, yolun ABŞ tərəfindən 100 illik istifadə müddəti və Amerika özəl hərbi qüvvələrinin yerləşdirilməsi kimi detallar qeyd olunub.

Rəsmi İrəvanın cavabı tamamilə bunun əksini deyir.

Ermənistan hökuməti bu məlumatları tam şəkildə yalanlayıb və "manipulyativ təbliğat" adlandıraraq qeyd edib ki, "Periodista Digital" əvvəllər də təhrif edilmiş, əsassız və saxta materiallar yaymaqda tənqid olunub.

Bu məsələyə ABŞ Dövlət Departamenti də münasinət bildirib. ABŞ Dövlət Departamentinin nümayəndəsi Temmi Brus da eyni mövqedədir. Department nümayəndəsi belə bir təklif və ya memorandum barədə informasiyanın olmadığı söyləyib.

Əslində isə, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilən sülh sammitində Ermənistan və Azərbaycan arasında TRIPP (“Trump Route for International Peace and Prosperity”) adlı bir nəqliyyat dəhlizini özündə ehtiva edən sülh razılaşması imzalanıb. Bu razılaşmaya əsasən, ABŞ-a Zəngəzur dəhlizinin inkişaf etdirməsi üçün 99 illik eksklüziv hüquq verilib. Lakin bu, gizli memorandum deyil — açıq şəkildə razılaşdırılmış geniş siyasi sənəddir.

"Gizli memorandum" iddiaları sübutlanmamış, Ermənistan və ABŞ hökuməti tərəfindən rədd olunmuş səhv və manipulyativ informasiya olaraq qalır.

Lakin sülh sazişi çərçivəsində “TRIPP” adlı nəqliyyat dəhlizinin yaradılması məsələsində ABŞ ilə müəyyən razılaşma var - bu, gizli deyil, açıq və rəsmi formatda həyata keçirilən bir prosesdir.

Erməni deputatın dediyi “xüsusi memorandum imzalanıb” iddiası yanlışdır, lakin Vaşinqton sammitində razılaşılmış müvafiq nəqliyyat dəhlizi mövzusu isə realdır.

Məsələnin çox maraqlı tərəfi ondan ibarətdir ki, bu barədə müxalifət deputatları və ya nümayəndələri deyil, hakum "Mülki Müqavilə" partiyasından olan deputat danışır. Yəqin ki, deputatın bu xəbərin təkzib edildindən də məlumatı var idi. Amma buna baxmayaraq, belə bir bəyanatla çıxış edərək Ermənistan iqtidarını əlavə izahat verməyə məcbur elədi. Buna səbəb iki ehtimal ola bilər: ya deputat Sarqis Xandanyan müxalifət tərəfindən ələ alındığına görə iqtidara qarşı təxribat törətmək üçün müxalifətə əsas verir, ya da Paşinyana daxili auditoryada manevr etmək üçün yeni mövzu açır ki, guya cəmiyyət narahat olmasın, Ermənistanla ABŞ arasındakı gizli razılaşmada ölkənin bütün maraqları nəzərə alınıb. Lakin hər iki tərəf belə bir razılaşmanın olduğunu təkzib edib.

Akif NƏSİRLİ

Seçilən
0
50
baki-xeber.com

10Mənbələr