BAKI, 11 avqust
Biləsuvar rayonunda baş verən yol qəzasında 2 nəfər ölüb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, qəza köhnə Ələt–Astara avtomobil yolunun rayo n ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili ilə “VAZ 21015” markalı minik avtomobili toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda ölən və yaralanan şəxslərin şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.