Biləsuvar rayonunun köhnə Ələt–Astara avtomobil yolunda “Mercedes” və “VAZ 21015” markalı avtomobillər toqquşub.
Bizim.Media xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Yaralılar rayon xəstəxanasına yerləşdirilib. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta