AZ

Biləsuvarda ağır qəza - 2 ölü, 3 yaralı var

Biləsuvarda ağır yol qəzası baş verib.

Missiya.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” və “VAZ 2115” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.

İlkin məlumata görə, ölənlər Cəbrayıl qəsəbə sakini ata və azyaşlı oğludur.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
60
50
missiya.az

10Mənbələr