Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
Apasport.az xəbər verir ki, “qırmızı-qaralar” nigeriyalı Salihu Nasiru ilə anlaşıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb. 18 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Futbolçu son olaraq Nigeriya premyer liqasında “Kanemi Warriors” komandasının formasını geyinib. Salihu həmçinin Nigeriya U-20 millisində də 4 oyun keçirib.
Qeyd edək ki, “Qəbələ” bunadək Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə qatıb.
“Karvan”dan növbəti transfer - RƏSMİ
“Zirə” - “Araz-Naxçıvan” matçının vaxtı dəyişdirilib
Rəşad Əzizli yenidən “Səbail”də - RƏSMİ
"Zirə"nin futbolçusu zədələnib - 6-7 ay oynaya bilməyəcək
"Şamaxı"da ayrılıq - RƏSMİ