Bakı. Trend:
Gazelli Art House Baku böyük məmnuniyyətlə sizi“Məskunlaşmış fərdlər” adlı multidissiplinar qrupsərgisinə dəvət edir. Sərgi, tanınmış amerikalı fenomenoloq vəçağdaş fəlsəfənin aparıcı simalarından biri sayılan Edvard S.Keysinin (1ç3ç) fəlsəfi fikirlərinə söykənir.
Keysi “yer” və “məkan” anlayışları arasında dərin bir fərqqoyur. Onun fikrincə, “yer” insanın cismani varlığı ilə sıx bağlıolan, yaşanmış gerçək təcrübələrlə yoğrulmuş bir anlayışdır.“Məkan” isə daha çox abstrakt, hisslərdən uzaq və ölçüləbilən birməmumdur. Keysi göstərir ki, yer sadəcə fiziki koordinat deyil: o,kimliyimizi, yaddaşımızı və dünyaya münasibətimizi formalaşdıranmühüm bir ünsürdür. O, bizi müəyyən bir yerə bağlı varlıqlar kimitəqdim edir və “yer əsaslı” bir düşüncə tərzinin vacibliyinivurğulayır.
Klassik modernist və karteziançılıq ənənələrinin boş, ölçülü vəneytral məkan anlayışına zidd olaraq, Keysi yerin emosional qatlar,zaman hissi və mədəni məna ilə zənginləşdiyini irəli sürür: “Bizsadəcə bir yerdə deyilik. Biz həmin yerin özüyük”.
Sərgidə iştirak edən rəssamlar təsəvvür edilən, unudulan vəyenidən məskunlaşan yerlər vasitəsilə təcrübənin yerlə necəformalaşdığını və dislokasiyanın insan ruhuna və vücuduna necətəsir etdiyini araşdırırlar. “Məskunlaşmışfərdlər” ziyarətçini məkanı sadəcə seyr etməyə deyil, onuduymağa, orada var olmağa dəvət edir: sanki sərgi bir məkandan dahaçox yaşanan bir təbəqədir.
Rəssamlar məkanı sabit və hərəkətsiz fon deyil, canlı, nəfəsalan bir varlıq kimi təqdim edir. Əsərlərdə məkan, şəxsi hekayələrvə duyğularla yoğrulmuş emosional coğrafiyalara çevrilir. Buradaməkan xatırlanır, sorğulanır və yenidən mənalandırılır.
Məskunlaşmış Fərdlər
Jalə Əziz, İrina Eldarova, Eldar Qurban, Bütünay Haqverdiyev,Anar Hüseynzadə, Ramal Kazım, Tora Mais, Regina Rzayeva, RzaRzazadə
Sərgi: 12 avqust — 31 oktyabr, 2025 Gazelli Art House, Bakı
Rəssamlar haqqında
Jalə Əziz (d. 1ççç) Azərbaycan Dövlət RəssamlıqAkademiyasında (ADRA) toxuculuq üzrə magistr təhsili almışdır. O,tekstil, toxuma və naxış texnikalarından istifadə edərək köhnəparçalar və fotoşəkillərlə yaddaş, kimlik və zaman anlayışlarınıyenidən qurur. O, laylar, teksturalar və ənənəvi motivlərləkeçmişin səsini bu günə daşıyan təsirli əsərlər yaradır. Jalə ƏzizBakı, İstanbul və Moskvada keçirilmiş bir sıra qrup sərgilərindəiştirak etmişdir.
İrina Eldarova (d. 1ç55) sənət fəaliyyətinə“Uşaq ədəbiyyatı” nəşriyyatında illüstrator kimi başlamışdır.Keçmiş SSRİ dönəmində və daha sonra bir çox ölkələrdə sərgilərdəiştirak etmiş, beynəlxalq media qurumları ilə sıx əməkdaşlıqetmişdir. 1çç6-cı ildən Böyük Britaniya JurnalistlərAssosiasiyasının üzvüdür. Əsərləri müxtəlif texnikalarda olsa da,böyük ölçülü və monumental qarışıq texnikalar onun əsas vizualifadə vasitələridir. O, müasir konseptual incəsənətin inkişafınaverdiyi töhfələrlə tanınır. Fotoqrafiya, video-art və jurnalistikaonun yaradıcılığında mühüm yer tutur. Eldarova Azərbaycandan olanmüasir incəsənəti dünyaya tanıdan beynəlxalq səviyyəli bir çoxlayihədə iştirak edib. Bunlardan biri Heydər Əliyev Fondununtəşkilatçılığı ilə London, Paris, Berlin və Romada keçirilən“Bakıya uçuş”, digəri isə 2013-cü ildə ParisdəkiAzərbaycan Mədəniyyət Mərkəzində baş tutan “Ev, doğma ev”sərgisidir
Eldar Qurban (d. 1ç48) AzərbaycanRespublikasının Əməkdar rəssamı və Azərbaycan Rəssamlar İttifaqınınüzvüdür. 1ç6ç-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbininrəngkarlıq fakültəsini, daha sonra isə
V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun qrafikafakültəsini bitirmişdir. 1ç72-ci ildə keçirilən ilk sərgisindənindiyə qədər onun əsərləri dünyanın müxtəlif ölkələrində nümayişolunmuşdur. 1ç8ç-cu ildə Xəzəryanı respublikaların Biennalesində“Şair və Muza” əsəri ilə qızıl medal və birinci dərəcəlidiplomla təltif olunmuşdur. Eldar Qurban Azərbaycan incəsənətindəprimitivizm üslubunu təmsil edən nadir rəssamlardan biridir. Onunüslubu Fransanın primitivizm ənənələrinə oxşayır; lakin yerli mühitvə onun özəlliklərini araşdırmaqla, reallığı və öz xəyal dünyasınıngözəlliyini müxtəlif dillərlə ifadə edir.
Bütünay Haqverdiyev (d. 1ç8ç) əsasən rəngkarlıqvə heykəltəraşlıqla məşğul olsa da, 200ç-cu ildən bəri video- artsahəsində də fəal şəkildə çalışır və əsasən qısa animasiya filmləriçəkir. Onun video əsərlərində müxtəlif texnikalarla eksperimentaparılır; “zaman intervallı” (time-lapse) çəkiliş və kompozisiyavasitəsilə, o, hərəkətli heykəllər yaradır. Bakı şəhərində anadanolan rəssam Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin rəngkarlıqfakültəsində təhsil almış, daha sonra Moskvada Britaniya Aliİncəsənət və Dizayn Məktəbində təhsilini davam etdirmişdir.Yeniyetmə yaşlarında artıq bacarıqlı bir rəssam kimi tanınmış,2003-2008-ci illərdə Bakıda yerləşən pravoslav kilsəsindəfreskaların çəkilməsi və bərpası işlərində rəssamlar qrupundaçalışmışdır. Əsərləri Bakı ilə yanaşı Rusiya, Fransa və İtaliyadakeçirilmiş bir sıra önəmli qrup sərgilərdə nümayiş olunub. 2013-cüildə, onun əsəri İtaliyada keçirilən 55-ci Venesiya BiennalesindəAzərbaycanın milli pavilyonunda təqdim olunmuşdur.
2015-ci ildə isə Azərbaycan xalça ornamentlərini ağacheykəltəraşlığı vasitəsilə təqdim etdiyi əsərlər Kannın FestivallarSarayında “Azərbaycan xalçaları incəsənətdə” adlı sərgidənümayiş olunmuşdur.
Anar Hüseynzadə (d. 1ç81) Azərbaycan DövlətRəssamlıq Akademiyasını magistr dərəcəsi ilə bitirib. Anarınyaradıcılıq məqsədi açıqdır: ənənəvi incəsənətdə mövcud boşluqlarıdoldurmaq və sərhədləri dağıtmaq. 2005-ci ildən bəri Azərbaycan,Türkiyə, Almaniya, İsveçrə, Özbəkistan, Moldova və İngiltərədəkeçirilmiş qrup sərgilərində iştirak etmişdir. Azərbaycan Rəssamlarİttifaqının üzvüdür. Onun fərdi sərgiləri sırasında “Əsatirlərdanışır” (Muzey Mərkəzi, Bakı, 2014), və “Abşeronnağılı” (Gazelli Art House Bakı, 2021) kimi layihələr yeralır. Rəssamın əsərləri ABŞ, Böyük Britaniya, İsveçrə, Türkiyə,Yunanıstan, Avstraliya və Norveçdə şəxsi kolleksiyalardasaxlanılır.
Ramal Kazım (d. 1ç87) Azərbaycan DövlətRəssamlıq Akademiyasını 2008-ci ildə bitirmişdir. Ekspressionizmənənəsinə əsaslanan Ramal güclü təsir bağışlayan, qeyri-adifiqurlar və kəskin rəng çalarları ilə seçilən kompozisiyalar qurur.Onun əsərləri insan təcrübəsinin vizual gündəliyi kimidəyərləndirilə bilər: şok və provokasiya rəssamın əsas ifadəvasitələrindəndir. Ramalın ifadəli insan fiqurları və obrazlarıAzərbaycan cəmiyyətində tabu hesab olunan mövzulara toxunur. Onunportretləri reallıqla abstraksiya arasında bir sərhəddə yaşayır;qırılmış butulka parçaları, zorakı jestlər və ağrı ilə ehtirasarasında əyilən simalarla dolu vizual bir axın yaradır. Əsərləriölkədə və xaricdə keçirilən qrup sərgilərində nümayiş olunmuşdur.200ç-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Tora Mais (d. 1ç7ç) azərbaycanlımultidissiplinar rəssamdır. Azərbaycan Dövlət RəssamlıqAkademiyasının “Rəngkarlıq” ixtisası üzrə magistr dərəcəsinialdıqdan sonra 2002-ci ildə əvvəlcə Şanxaya, sonra isə hazırdayaşadığı Berlin şəhərinə köçmüşdür. Onun əsərləri, Xəzər dənizindəyaşayan xəyali məxluqlar və ya mənzərələr pozitiv enerji və yumorlazəngindir. Tora, Şərq rəsmlərinin vizual dilini istifadə edərək,seksuallığa qadın baxışını oyunbaz və tənqidi şəkildə əks etdirir.Əsərləri 2007-ci ildə 52-ci Venesiya Biennalesində Azərbaycanınmilli pavilyonunda, 1ççç-cu ildə “Manej” Mərkəzi Sərgi Zalında,2010-cu ildə Stavanger Müasir İncəsənət Mərkəzində, 2011-2012-ciillərdə keçirilmiş “Bakıya uçuş” səyyar sərgisi, 2011 və2015-ci illərdə PERMM Muzeyində, 2018-ci ildə Berlinin “VoluntaryArt Liaison” layihəsində, “Café Avarice & Generosity”sərgisində (Galerie Dixç, Paris, 201ç) və 201ç-cu ildə Kipr Müasirİncəsənət Muzeyində nümayiş olunmuşdur. Əsərləri bir sıra muzeyindaimi kolleksiyalarına daxil edilmişdir.
Regina Rzayeva (d. 1çç6) Azərbaycan Mədəniyyətvə İncəsənət Universitetində moda dizaynı üzrə təhsil almışdır. O,ənənəvi rəssamlıq texnikalarını istifadə edərək müxtəlif materialvə parçalarda işləyir. Parça onun üçün yalnız fon deyil, əsərinstrukturuna daxil olan əsas ifadə vasitəsidir. O, boyanı incəşaquli xətlər şəklində tətbiq edərək parça teksturası ilə dialoqagirir. Rəssam öz sənət üsulunu müşahidəçi yanaşma kimi təsvir edir.Onun üçün incəsənət fəlsəfi düşüncənin və zaman anlayışının birhissəsidir. Onun əsərləri zəriflik, həssaslıq və yüngüllük iləfərqlənir və rəssam, bu vasitə ilə insanın özünü dərk etməsininkeçiciliyinə və kövrəkliyinə diqqət çəkmək istəyir.
Rza Rzazadə (d. 1çç4) Bakıda fəaliyyət göstərənvizual rəssamdır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasındarəngkarlıq üzrə təhsil almışdır. Onun əsərləri İtaliya, Almaniya,Türkiyə və Böyük Britaniyada şəxsi kolleksiyalarda saxlanılır.2022-ci ildə o, ilk fərdi sərgisi olan “Fırtına”nı təqdimetmişdir. Rəssamın vizual dili emosional xaosla formanın arasındabir tarazlıq qurmağa çalışır; ifadəli jestlər və simvolikfraqmentlər vasitəsilə müasir insanın çoxqatlı portretləriniyaradır. Təbiət, xüsusilə də ağac motivi bəzən bu vizual axınıniçində səssiz bir metafora kimi peyda olur.
Qalereya haqqında
“Gazelli Art House” 2010-cu ildə Mila Əsgərova tərəfindən təsisedilmişdir. Qalereya, İkinci Dünya müharibəsindən sonrakı dövrdənbaşlayaraq pop-art və abstrakt ekspressionizm kimi istiqamətləritəmsil edən sənətçilərdən tutmuş, rəqəmsal dövrdə sənəti yenidənmənalandıran ultramüasir yaradıcı simalara qədər geniş beynəlxalqrəssamları nümayiş etdirir. Qalereya, çoxşaxəli ifadə vasitələriilə ənənələrə meydan oxuyan sənətçiləri dəstəkləyir. O, Bakıdayerləşən qalereya ilə birlikdə regionun sənətçilərini tanıtmaq vəmədəniyyətlərarası dialoqu təşviq etmək məqsədi daşıyır. 2015-ciildə qalereya incəsənət və texnologiyaların kəsişməsindəyenilikləri dəstəkləmək üçün GAZELL.iO adlı onlayn platformayaratdı.
Əlavə məlumat üçün: [email protected]