AZ

İki qardaş eyni gündə Azərbaycan klublarına transfer olundular

ain.az bildirir, Qol.az portalına istinadən.

“Zirə” yeni futbolçu ilə anlaşıb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Leroy Mikelsi heyətə cəlb edilib. Almaniyalı yarımmüdafiəçi 2 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 30 yaşlı oyunçu karyerası ərzində Almaniyanın “Borussiya” ll (Münhenqladbax) “Sankt Pauli” ll, “Allemaniya”, “Monheym”, “Velbert”, “Duysburq”, “Türkgücü Münhen”, “Rot-Veys Oberhausen”, Bolqarıstanın “Spartak” (Varna), Səudiyyə Ərəbistanının “Əl-Tarayi” klublarında çıxış edib. Futbolçu son olaraq “Şamaxı”da çıxış edib.

Əlavə edək ki, "Karvan" bu gün Leroy Mikelsin qardaşı - hücumçu Joy Slayd Mikelsin transferini açıqlayıb. Onların daha bir qardaşı - Coy-Lens Mikels isə "Sabah"da çıxış edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
40
qol.az

10Mənbələr