Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayevanın səlahiyyətlərinə xitam verilib.
News24.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu qərar onun şəxsi müraciəti əsasında qəbul olunub.
Belə ki, A.Paşayeva ailə vəziyyəti ilə əlaqədar olaraq ölkədən kənara köçməyi planlaşdırdığı üçün vəzifəsini tərk etmək barədə ərizə ilə müraciət edib. Məhkəmə-Hüquq Şurası onun ərizəsinə baxaraq təsdiqləyib.
Qeyd edək ki, Adilə Paşayeva eyni zamanda Sabunçu Rayon Məhkəməsində spiker hakim funksiyasını da yerinə yetirirdi.