AZ

TƏBİB açıqladı: Bu məlumatlar da elektronlaşdırıldı

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

İcbari Tibbi Sığortanın, TƏBİB və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı nəticəsində “mygov” platformasına xəstəlik tarixçəsi (epikriz) məlumatları inteqrasiya olunub.

TƏBİB-dən Axar.az-a verilən məlumata görə, vətəndaşlar bu bölmədə anamnestik məlumatlar, müayinələrin nəticələri, diaqnozlar, tətbiq edilmiş müalicə tədbirləri və tibbi tövsiyələrlə tanış ola, həmçinin həmin məlumatları yükləyə bilərlər.

Qeyd edək ki, bu məlumata veb sayt üzərindən “Tibb məlumatlarım” bölməsi, mobil tətbiqdə isə “Sağlamlıq” kateqoriyası vasitəsilə rahat şəkildə çıxış imkanı mövcuddur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
4
axar.az

10Mənbələr