AZ

Gənc kadrlar idarəetmə kurslarına cəlb olunsun - EMİN HƏSƏNLİDƏN MARAQLI TƏKLİF

"Yaxşı olardı ki, mühüm dövlət idarəçiliyi strukturlarında vəzifəyə təyin olunan gənclər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında idarəetmə sahəsi üzrə müəyyən kurs keçsinlər". 

Bu təkliflə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nın sədri Emin Həsənli çıxış edib. 

Emin Həsənli hesab edir ki, bu gün Azərbaycanın həm hərbi, həm diplomatik sahədə imza atdığı uğurlar bir çox ölkələr üçün nümunə ola biləcək səviyyədədir.

“Təəssüf ki, mühüm vəzifələrə təyin olunan kadrların bir çoxu Azərbaycanın artan templi irəliləyişləri ilə ayaqlaşa bilmir. Baxırsan ki, yüksək intellektə malik gəncdir, bilik səviyyəsi yüksəkdir, xarici dilləri bilir, vətənpərvərdir, amma bir çoxu idarəçilik vərdişlərinə yiyələnməyib. Axı avtomobil sürməyi bacarmayan biri birdən-birə avtobus sürməyə gərək iddia etməsin. Müxtəlif nazirliklərdə, dövlət idarələrində mühüm vəzifə tutan gənclərin bir çoxu istər media mənsubları, istərsə də vətəndaş cəmiyyəti təmsilçiləri və sadə vətəndaşlarla işləmək vərdişlərinə malik deyillər. Onların bir çoxu Amerikada, Avropada təhsil alsalar da, idarəetmədə naşıdırlar. 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Ulu öndər tərəfindən yaradılıb, bu təhsil müəssisəsinin kifayət qədər potensialı var ki, gənclərə idarəçiliyin sirlərini öyrətsinlər. 

Misal üçün, hərbi strukturlarda irəliyə çəkilən kadr yeni tutacağı vəzifənin xırdalıqlarını öyrənmək üçün müəyyən kurslara cəlb olunur və ancaq bundan sonra o vəzifəyə təyinat alır. Baxmayaraq ki, hərbi məktəblər, institutlar var və hərbi kadrlar məhz bu təhsil müəssisələrini bitirilər. Amma müəyyən vəzifələrə təyin olunan zaman mütləq qaydada kurslar keçirlər. Ali hərbi vəzifələrə isə məhz Hərbi Akademiyanı bitirənlər təyinat alır. Hesab edirəm ki, dövlət idarəçiliyində də belə olması cənab Prezidentin uğurlu idarəetmə siyasətinin davamı olardı.

Bu gün Azərbaycan bir çox sahələrdə dünya ölkələrinə nümunədir. Amma bəzi hallarda sadə vətəndaşlar öz işini bilməyən gənc kadrların ucbatından əziyyət çəkməli olur. Belə kurslar təşkil olunsa, həm gənc kadrların kvalifikasiyası artar, həm də vətəndaş məmnunluğu təmin edilmiş olar”.

Seçilən
29
50
herbiand.az

10Mənbələr