AZ

Robot tozsoran qadını hamamda TƏLƏYƏ SALDI

Robot tozsoran təsadüfən sahibini vanna otağında kilidləyib və o, xilasedicilərin kömək etməsini gözləməli olub.

Bizim.Media xəbər verir ki, bu barədə REN TV-yə “SpasRezerv” axtarış-xilasetmə qrupunun mətbuat xidmətindən məlumat verilib.
 

Avtomatik təmizləyici işləyərkən dəhlizdəki qatlanan kresloya dəyib və o, yıxılaraq hamamın girişini bağlayıb. Nəticədə qadın içəriyə qapanıb, orada başqa heç kim olmayıb.


Qapının niyə açılmadığını anlamayan və səhhətinin kəskin pisləşdiyini hiss edərək panikaya düşüb və xilasediciləri çağırıb.

Xilasedicilər otağa havalandırma üçün bir qədər açıq olan pəncərədən daxil olublar. (publika.az)

Bizim.Media

Seçilən
65
2
bizim.media

3Mənbələr