"Bavariya" fransalı vinger Kinqsli Koman karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Münhen təmsilçisi oyunçunu "Əl-Nəsr"ə satmağa razılaşıb.
Transfer məbləği 30 milyon civarında olacaq. Fransız futbolçu bu həftə tibbi müayinədən keçəcək və 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Koman 2017-ci ilin yayından Almaniya klubunda oynayırdı.