
Türkiyə millisinin oyunçusu Hakan Çalhanoğlu "İnter"dən ayrılır.
Reyting.az xarici mətbuata istinadla xəbər verir ki, adı "Qalatasaray" və "Fənərbaxça"ya tarnsferdə hallanan Çalhanoğlu "İnter"lə müqaviləsinin 2026-cı ilin yayında başa çatacağından indidən özünə yeni klub tapıb.
Məlumata görə, Çalhanoğlu Səudiyyə Ərəbistanının "Əl-Nassr" klubundan təklif alıb: "O, bu təklifi gözardı etməyərək, müsbət qarşılayıb. Hakan yaxın günlərdə Səudiyyə Ərəbistanına gedəcək".
Azər
Reyting.az