AZ

Sivasspor un müdafiəçisi Sumqayıt la anlaşdı

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

2025/2026 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini həll edib. Sport24.az-ın əldə etdiyi məlumata görə, "gənclik şəhəri" təmsilçisi son olaraq Türkiyə təmsilçisi "Sivasspor"da çıxış etmiş Samba Kamara ilə anlaşıb. Malidən olan 32 yaşlı müdafiəçinin azad agent kimi "Sumqayıt"a keçir. Transfer tezliklə rəsmən açıqlanacaq. Qeyd edək ki, 2020-ci ildən "Sivasspor"da çıxış edən oyunçu komanda Superliqadan aşağı düşdüyü üçün müqaviləsini yeniləməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
3
sport24.az

4Mənbələr