Yapon mütəxəssis Yoshinori Morivaki Balıkəsirin Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələni qiymətləndirib. Metbuat.az xəbər verir ki, o, Mərmərə və Egey bölgələri üçün potensial seysmik risklərə diqqət çəkib. Morivaki Egey bölgəsində 6,5 bal gücündə zəlzələ başvermə ehtimalının olduğunu bildirib. O, xüsusilə İzmir, Ayvalık və Muğla şəhərlərində bu təhlükənin mövcud olduğunu vurğulayıb: "İzmir, Ayvalık və Muğlada 6 və ya 6,5 bal gücündə zəlzələ ola bilər", – deyə mütəxəssis xəbərdarlıq edib.Xatırladaq ki, ötən gün Balıkəsirin Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələ İstanbul və Mərmərə bölgəsində də hiss olunub. Hadisə nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər isə yaralanıb.