AZ

Tramp sələflərinin portretlərini gizlədib

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

"CNN" telekanalının öz mənbələrinə istinadən yaydığı məlumata görə, Barak Obamanın rəssam Robert Makkardi tərəfindən çəkilmiş hiperrealist portreti Ağ Evin birinci və ikinci mərtəbələrini birləşdirən pilləkənin yuxarı hissəsində asılıb. Beləliklə, portret hər gün iqamətgaha baş çəkən minlərlə ziyarətçinn nəzərindən kənarda qalacaq. Ümumiyyətlə isə, həmin nöqtə Ağ Evdə məhdudlaşdırılmış ərazi sayılır. Donald Trampın əmrinə əsasən, eyni zamanda, digər sabiq prezidentlər Corc Buş, habelə atası Corc Herbert Volker Buşun da portretləri köçürülüb. Məlumat üçün bildirək ki, ənənəyə əsasən, ABŞ-nin son prezidentlərinin portretləri Ağ Evdə ən çox görünən yerdə – iqamətgahın girişində yerləşdirilməli, rəsmi qonaqlar və ziyarətçilər bu portretləri görə bilməlidirlər. Firudin Həmidli

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
4
azvision.az

6Mənbələr