Yazını böyüt
Yazını kiçilt
Yay transfer dönəmində heyətini Con Duran, Arçi Braun, Tarık Çətin, Milan Skriniar və Nelson Semedo kimi əsas oyunçularla gücləndirən "Fənərbağça" heyətinə daha bir ulduz əlavə etməyə hazırlaşır.
Hafta.az "Fotomaç"a istinadən xəbər verir ki, "sarı-lacivərdlər"in baş məşqçisi Joze Mourinyonun heyətinə qatmaq istədiyi Oleksandr Zinçenko ilə müqavilə imzalamaq üçün rəsmən səylərə başlayıb .
"Fənərbağça" "Arsenal" klubuna rəsmi təklif təqdim edib. Mourinyonun təcrübəli oyunçunun ən qısa zamanda komandaya qoşulmasını görmək istədiyi bildirilir.
Qeyd edək ki, "Fənərbağça"nın futbolçu üçün təklif etdiyi məbləğ hələ bəlli deyil.