AZ

Rauf Vəliyev kimdir? - DOSYE

Prezident İlham Əliyev Rauf Vəliyevi 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib.

Ölkə.az R.Vəliyevin dosyesini təqdim edir:

Vəliyev Rauf Göyüş oğlu 1965-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub. 1990-cı ildə Leninqrad Su Nəqliyyatı İstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

1990–1997-ci illərdə "Xəzər Dəniz Neft Donanması" İdarəsinin idarəetmə aparatında mühəndis-konstruktor, gəmi tikintisi üzrə nəzarət qrupunun mühəndisi, qrup rəhbəri, İdarənin xarici əlaqələr şöbəsinin rəisi, 1997-ci ildən isə İdarə rəisinin xarici əlaqələr üzrə müavini vəzifələrində işləyib. 2006–2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin aparatında Donanma ilə iş üzrə şöbə rəisi, 2007–2013-cü illərdə ARDNŞ-nin Baş ofisində Nəqliyyat İdarəsinin rəisi vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2011-ci il tarixli Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2011-ci il tarixli Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.

Ailəlidir, iki övladı var.

Həmidə İbrahimova

Seçilən
78
2
olke.az

3Mənbələr