AZ

Tanınmış aktyor vəfat etdi FOTO KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

1960-1980-ci illərdə Britaniya televiziya proqramlarında iştirakı ilə məşhurlaşan ingilis aktyor Rey Bruks 86 yaşında vəfat edib.

KONKRET.az-ın xəbərinə görə, bu barədə sənətçinin ailə üzvlərinə istinadən BBC məlumat yayıb.

Onların sözlərinə görə, Bruks avqustun 9-da qısamüddətli xəstəlikdən dünyasını dəyişib. Onun son bir neçə ildə demensiyadan əziyyət çəkdiyi bildirilir.

Aktyor İngiltərədə baş kişi rolunu oynadığı “Keti evə qayıt” (1966) dramından və “Cənab Benn” uşaq televiziya şousunda səslənən aktyorluqdan (1971-2005) sonra məşhurlaşıb. Bundan əlavə, Bruks “Böyük sövdələşmə” (1984-1986) və “Böyümə problemləri” (1992) teleseriallarında, eləcə də digər filmlərdə rol alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
50
konkret.az

1Mənbələr