AZ

Məşhurların qeyri adi pəhrizləri: Siqaret, qəhvə, su və...

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhurların təəccübləndirən qəribə pəhrizləri

İdeal bədən quruluşu və ya filmlərdəki rollar üçün məşhurlar bəzən olduqca qeyri-adi və mübahisəli pəhrizlərə əl atırlar

Lent.az xarici mediaya istinadən müzakirələrə səbəb olan ən yaddaqalan nümunələri təqdim edir

Machine Gun Kelly

Amerikalı repçi və aktrisa Megan Fox-un övladının atası pəhriz vərdişləri ilə hər kəsi təəccübləndirib. O, həftədə cəmi bir neçə dəfə yemək yeyir, digər vaxtlarda isə yeməkləri su ilə əvəz edir. Menyusuna sümük bulyonu, kimçi və turşu kələmi daxildir. Onun sözlərinə görə, bu məhsullar probiotiklərlə zəngindir. Bundan əlavə, o, qəhvə, kərəviz şirəsi və kokos suyuna icazə verir, bəzən isə dostunun hazırladığı burgeri yeyir.

Gvinet Peltrou

Sərt pəhrizlərin tərəfdarı olan aktrisa paleodietanı, interval aclığı, müxtəlif detoks proqramlarını və vitamin damcıları daxil olmaqla IV-terapiyanı sınayıb. Lakin bu ilin aprelində o, daha balanslı və az məhdudiyyətli qidalanma tərzinə qayıdıb. İndi onun menyusunda yenidən çörək, pendir və bir az makaron var.

Viktoriya Bekhem

Model və dizayner 25 il ərzində demək olar ki, eyni yeməyi yeyib. Qril balıq və buxarda bişmiş tərəvəzlər. O, yağda və ya souslarda bişmiş yeməklərdən, həmçinin süd məhsullarından imtina edir. Bu pəhrizin səbəbi gənclik illərində keçirdiyi dəri problemləri, akne olub.

Kristian Beyl

"Maşinist" filmi üçün məşhur aktyor təxminən 28 kiloqram arıqlayıb. O, yalnız ton balığı və alma yeyib, aclığını isə siqaret və qəhvə ilə yatırıb. Bu üsul intensiv idmanla birlikdə arıqlamağa kömək etsə də, sağlamlıq baxımından zərərli olub.

Beyons

Müğənni bir dəfə etiraf edib ki, mühüm çəkilişlərdən əvvəl "limonad pəhrizi" saxlayıb. Bir neçə gün ərzində yalnız limon suyu, ağcaqayın siropu, qırmızı istiot (kayen bibəri) və sudan ibarət qarışıq içib. O, bu yolla qısa müddətdə bir neçə kiloqram çəki itirmək istəsə də, həkimlər bu metodun sağlamlığa zərər verə biləcəyini bildirirlər. Müğənni özü də nəticənin uzunmüddətli olmadığını etiraf edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
43
lent.az

10Mənbələr