AZ

Pezeşkian jurnalistlə Azərbaycan dilində zarafat etdi Video

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

İran Prezidenti Məsud Pezeşkianın İranda Jurnalistika Günündə mətbuat işçiləri ilə görüşündə maraqlı an yaşanıb.

Axar.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı görüntülər paylaşıb.

Jurnalistlərdən biri prezidentə yaxınlaşaraq, "Bu dəfə jurnalist siz olun, müxbirlərə siz sual verin", - deyib.

M.Pezeşkian isə gülümsəyərək cavab verib:

"Sual soruşum? Qarşımda mikrofon var da, əlavə mikrofonu nə edirəm?" - deyə ona mikrofon uzadan jurnalistə bildirib.

Bu zarafat sosial şəbəkələrdə maraqla qarşılanıb və jurnalistlər arasında gülüşə səbəb olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
57
50
axar.az

10Mənbələr