AZ

Növbəti köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə yola salınıb

BAKI, TurkicWorld

Növbəti köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə yola salınıb.

TurkicWorld xəbər verir ki, Böyük Qayıdış proqramına uyğun olaraq bu mərhələdə 19 ailə olmaqla 62 nəfər Ağdam rayon Dörd yol adlanan ərazisindən Xocalı rayonunun Xanyurdu kəndində yola salınıb.

Xocalı rayonunun Xanyurdu kəndinə köçürülən ailələr bu günə kimi respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Seçilən
11
3
turkic.world

5Mənbələr