ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri İrəvana nədən eniş etdi?..
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “KC-135R” təyyarələri Ermənistan paytaxtına eniş edib.
Moderator.az xəbər verir ki, NEWS.am-ın məlumatına görə, avqustun 12-dən 20-dək Ermənistanda “QARTAL PARTNER-2025” adlı erməni-amerikan birgə hərbi təliminin keçiriləcəyini nəzərə alsaq, Hərbi Hava Qüvvələrinin aviasiyasının Ermənistana gəlməsinə səbəbin təlimdə iştirak olduğu güman edilir.
Xatırladılır ki, beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində avqustun 12-dən 20-dək Ermənistan Respublikasında “QARTAL PARTNER-2025” erməni-amerikan birgə hərbi təlimi keçiriləcək.
Təlimdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadası, ABŞ-ın Avropa və Afrikadakı quru qoşunları və Kanzas Milli Qvardiyasının əsgərləri iştirak edəcək.
Təlim tibbi evakuasiya prosedurlarına diqqət yetirməklə sülhməramlı tapşırıqların hazırlanmasını və həyata keçirilməsini nəzərdə tutur.
Təlimin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübələrin mübadiləsi, o cümlədən ER Silahlı Qüvvələrinin sülhməramlı bölməsinin döyüş hazırlığının artırılmasıdır.